Qolf Klubu

Azərbaycan Milli Qolf Klubu

Qolf Meydanı

“Quba Palace” sizə dağ və göllərin arasındakı təmiz havada, gözəl və sakit bir məkanda qolf oynamağın üstünlüyünü bəxş edir. 

18 dəlikli qolf meydançasının sahəsi 75 hektardır. Peşəkar əməkdaşların çalışdığı qolf klub gün ərzində saat 09:00-18:00 arasında, əvəllcədən müəyyən edilən sifarişlər əsasında isə 24 saat sizin xidmətinizdədir. Buradan qolf oynamaq üçün istənilən oyun vasitələrini, keyfiyyətli idman geyimlərini də əldə edə bilərsiniz. Yeni başlayanların təlim keçməsi üçün isə peşəkar komandamız xidmətinizdədir. Eyni zamanda klubda soyunub-geyinmə otaqları, duş kabinələri mövcuddur, keyfiyyətli servis isə lap üzrəyinizcə olacaq.  

Siz qolf oynamağın həzzini yaşayarkən meydançada fəaliyyət göstərən restoran istəklərinizi həyata keçirəcək. Burada qonaqlara isti və sərinləşdirici, həmçinin spirtli içkilər, fast food-lar təklif edilir. Restoran gün ərzində 09:00-18:00 arası, əlavə oyunlar zamanı isə paralel olaraq işini davam etdirir. 

Dizayner

Jon Hunt

Dəliklər

18

Ərazi

75 ha
Qalereya