Xoş gəlmisiniz!

 “Quba Palace” Azərbaycanın paytaxtı Bakıya ən yaxın məsafədə, füsünkar təbiətə malik Qubada yerləşən möhtəşəm beşulduzlu oteldir. Otel dağların arasında, meşələrin əhatəsində yerləşməklə təbiət gözəlliklərinin qəlbində yüksək səviyyəli istirahət, gözəl əyləncə və unudulmaz təəssüratlar vəd edir. 

“Quba Palace” Heydər Əliyev adına Hava Limanından 201 km, Bakının mərkəzindən 171 km, Quba şəhər mərkəzindən 7 km məsafədə, Əski İqrıq kəndində yerləşir. “Quba Palace”  Azərbaycanda ilk və yeganə qolf meydançasına malik olan yeganə oteldir. Bu möhtəşəm otel dağ və göl peyzajları arasındakı sakit və gözoxşayan bir ərazidə qolf oynamağın üstünlüyünü bəxş edir. 

Oteldə son dərəcədə dəbdəbəli şəkildə dizayn olunmuş konfrans və toplantı zalları tədbir və biznes görüşləri üçün unikal məkandır. 

 

212 Göl və Dağ Mənzərəli otaq - 550 yataq tutumlu və müxtəlif kateqoriyalıdır
26 Villa - rahat və unudulmaz istirahət imkanı
Helikopter Meydançası - şəxsi helikopterlə otelə çatdırılma imkanı
Qolf Meydanı - 18 dəlikdən ibarət unikal qolf meydançası
Hind, Tay və Bali masajı, Türk və Fin hamamları
Restoranlar - hər gün saat 08:00-dan 23:00-dək
İdman Növləri - 24 saat ərzində xidmətinizdədir
Əyləncə Mərkəzləri
Biznes və Görüş Mərkəzi - 1670 m2 sahəyə malik Biznes Mərkəzi