10:30

08.03.2019

Azərbaycanda turizm - Quba

 
Azərbaycanda turizm - Quba
 

Azərbaycanda turizm sferası qeyri-neft sektorunun inkişafında prioritetlərdən biridir. Bu gün Şərq və Qərbin möcüzəli şəkildə birləşdiyi bu ölkədə istirahət hər il çoxlu sayda turist cəlb edir.

Üstəlik, ildən-ilə turistlərin maraq coğrafiyası genişlənir; onlar yalnız Azərbaycanın paytaxtı - gözəl Bakını deyil, həm də əsrarəngiz gözəlliyə malik, təbii landşaftlarını qoruyub saxlamış ölkə regionlarını da görmək istəyirlər. Burada, on bir iqlim qurşağının doqquzunun  mövcud olduğu təbiət gerçəkdən də gözəl və unikaldır. Yəqin ki, yalnız Azərbaycanda həm qalın meşələr, həm sərt dağlar, həm gözəl şəlalələr, mineral bulaqlar, coşğun çaylar, həm də vulkanlara rast gələ bilərik ... Bununla yanaşı, Azərbaycan kurortlarının infrastrukturu daim genişlənir və yenilənir, ən tələbkar qonaqların zövq və tələbinə cavab verir.. Və rayon mərkəzindən ən uzaq yerə getmək istəsəniz belə, əmin ola bilərsiniz ki, geri dönməyə bir yeriniz var ki, orada həm rahatlıqla, həm də dəbdəbə ilə istirahət edə bilərsiniz.  

Ancaq hər şey haqqında ardıcıllıqla məlumat verək. Azərbaycanda səyahət  üçün istənilən istiqaməti seçə bilərsiniz, və hər yerdə təbiətin gözəlliyindən alınan təəssüratlara yerli əhalinin qonaqpərvərliyi və ənənələri ilə tanışlıq xoş bir əlavə olacaq.   

Ancaq biz indi sizə Azərbaycanın Quba-Xaçmaz bölgəsinin yerləşdiyi şimal-şərqindən məlumat verəcəyik. Birincisi, əgər siz (tez-tez olduğu kimi) ölkə ilə tanışlığa Bakıdan başlayırsınızsa, Qubanın yaxın məsafədə yerləşməsi sizi cəlb edəcək: buranın cəmi iki-üç saatlıq yolu var.

İkincisi, siz dərhal ölkənin təbiətinin bütün möhtəşəmliyi və zənginliyini dəyərləndirə bilərsiniz. Çünki, tezliklə monoton Abşeron təbiətini  əvəzləyən mənzərə sizi çox təəccübləndirəcək.

 

Quba - Azərbaycan turizminin incisi. Ölkəmizin qonaqlarına yaddaş üçün.

Quba - Böyük Qafqazın Şahdağ dağının şimal-şərqində, dəniz səviyyəsindən 600 m-dən çox yüksəklikdə, Qudialçay çayının sahili yaxınlığında yerləşir. Burada turistlər arasında populyar olan bir neçə məşhur yer var: Çıraq-qala qalası; əhalisi ayrı bir etnoqrafik qrup olan Xınalıq dağ kəndi; Gəçreş meşəsi; Təngəaltı dərəsində Afurca şəlaləsi və coşğun Vəlvəli çay; qədim Tağlı körpü...

 
Azərbaycanda turizm - Quba
 

Quba buranın simvoluna çevrilmiş alma bağları ilə də məşhurdur. Burada 40-dan çox alma növü yetişir! Quba şəhəri isə Azərbaycanın ən gözəl şəhərlərindən biri hesab olunur. Şəhərin əsası hələ IV əsrdə qoyulmuşdur, XVII əsrin sonunda isə artıq böyük bir ticarət mərkəzi idi. 1735-ci ildə Quba gözəl bir şəhərə çevrilib, sonra eyni adlı xanlığın paytaxtı oldu. O dövrün bir çox möhtəşəm binaları bu günə qədər qorunub qalmışdır. Ancaq tək şəhər özü deyil, onun yaxın kəndləri də xeyli turist cəlb edir.

 
Azərbaycanda turizm - Quba
 

Qubanın görməli yerləri arasında şəhərin ən qədim, Nizaminin adını daşıyan parkı qeyd etmək olar. Deyilənlərə görə, park 1946-cı ildə əsir düşmüş almanlar tərəfindən tikilmişdir. Bağ yaşıl ağaclarla əhatə olunmuş, ağacların kölgəsində isə gözəl fəvvarələr çağlayır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ətrafında şairin əsərlərindən səhnələri əks etdirən  barelyeflər vardır.

Parkdan heykəllərlə bəzədilmiş pilləkənlərlə Qudialçay üzərindəki qədim Tağlı körpüsünə enmək mümkündür. Bu ən uzun körpü Rusiyanın Qafqazda hərbi qüvvələrini gücləndirmək məqsədilə III Aleksandrın layihəsi ilə 1894-cü ildə inşa edilmişdir. 14 hissədən ibarət, ümumi uzunluğu 275 metr, eni isə 8 m olan körpü bişmiş kərpicdən tikilib. Belə konstruksiyalı körpü Azərbaycanda yalnız buradadır və hazırda memarlıq abidəsidir.

Tağlı körpünü keçib dağ yəhudilərinin yaşadığı Qırmızı Sloboda qəsəbəsinə gələ bilərsiniz. Qəsəbədə 13 sinaqoq var ki, bunlardan hazırda ikisi fəaliyyət göstərir. Bu gün Qırmızı Slobodada təxminən 4-5 min yəhudi yaşayır.

 
Azərbaycanda turizm - Quba
 

Turistlər üçün, əlbəttə ki, Aleksandr Dümanın özünün və sonra da nəticəsinin   yuyunduğu  Çuxur Hamamı  ziyarət  etmək maraqlı olar. 1985-ci ilə qədər bura elə hamam kimi istifadə edilərək qubalıların əsas istirahət yeri olmuşdur. İndi bu şərq arxitekturasının incisi faciəvi tarixçəyə malik tarixi abidədir. Belə ki, 1918-ci ildə Quba şəhərində ermənilər tərəfindən törədilən soyqırım zamanı insanları Çuxur hamamda   buxarla boğub cəsədlərini qazılmış çuxurlara atırdılar…

 
Azərbaycanda turizm - Quba
 

Biz, həmçinin, ölkənin ilk Cümə məscidi olan, 1802-ci ildə Qazi İsmail Əfəndinin dəstəyi ilə tikilmiş Cümə məscidini ziyarət etməyi tövsiyə edirik. Cümə məscidi yalnız Qubanın deyil, bütün şimal-şərqi Azərbaycanın ən qədim dini mərkəzlərindən biridir. Məscid (və onunla yanaşı mədrəsə) 1924-cü ilə qədər fəaliyyət göstərmişdir. Lakin Sovet hökuməti dövründə onun fəaliyyətinə əvvəl qadağa qoyulmuş, 1933-cü ildə isə tamamilə məhv edilmişdir. Yalnız ötən əsrin 90-cı illərində, Azərbaycan müstəqillik əldə etdikdən sonra, Türkiyənin Diyanət İşləri İdarəsinin dəstəyi ilə burada hündürlüyü 50 metr olan yeni minarə tikilmişdir.

 
Azərbaycanda turizm - Quba
 

Qubanın digər gözəl məscidi sement istifadə etmədən tikilmiş Səkinə xanım məscididir. Məscid 1840-1854-cü illərdə A. Bakıxanovun həyat yoldaşı tərəfindən həyat yoldaşının xatirəsini əbədiləşdirmək üçün tikilmişdir. Məscid 1993-cü ildə restavrasiya edilmişdir.

Qubanın müasir görməli yerlərinə gəlincə, möhtəşəm Quba Palace Hotel kompleksinin ərazisində yerləşən Milli Qolf Klubunu qeyd etmək olar.  Bu, gerçəkdən də, Cənubi Qafqazda unikal idman kompleksidir. Kompleksin ümumi sahəsi 120 hektardır, onlardan 92 hektarı  bilavasitə qolf meydanı, 75-i isə onun meydançalarıdır.  Milli Qolf Klubu həm də ətraf mənzərəsi ilə qürur duyur: kompleksi möhtəşəm dağlar və sıx meşələr, bütöv ərazini isə - üç möhtəşəm süni göl əhatə edir. Lakin klubun ən böyük sərvəti -6410 metrlik ərazidə «Mixed Stroke Play» formatlı 18 dəlikli meydandır.

 
Azərbaycanda turizm - Quba
 

Qubanın daha bir möcüzəli yeri- «Quba Palace» oteldir. Daha dəqiq, otel Quba şəhərinin mərkəzindən 7 km-lik məsafədə, Əski İqrıq kəndində yerləşir. Uğurlu yer seçimi burada nağılabənzər bir atmosfer yaratmağa imkan verir. Burada getdikcə populyarlıq qazanan qolfda özünüzü sınamaq, eyni zamanda, dünyanın məşhur qolfçuları ilə tanış olmaq olar; həmçinin, otel ilin istənilən vaxtı istirahət etmək üçün gözəl bir məkandır.

 
Azərbaycanda turizm - Quba
 

Göl və meşə görünüşü olan otel otaqları, yeni evlənənlər üçün xüsusi otaqlar və Prezident lüksu, 26 möhtəşəm villa, əyləncə Parkı və Uşaq Əyləncə Mərkəzi, SPA, Avropa və milli mətbəxi olan restoranlar, kanat yolu və daha nələr….heç kimi laqeyd qoymur.

Bura ilin hansı vaxtı gəlməyi qərar vermənizin əhəmiyyətli yoxdur: buranın peyzaja gözəllik verən mülayim qarlı qışı, və,  isti gündüzləri, sərin axşamları olan mülayim yayı  var. Bundan əlavə, oteldə aktiv istirahətlə (otelin təklif etdiyi əyləncə və ekskursiyalar) passiv və xoş istirahəti (SPA və ya balıqçılıq) və ya rəqsli əyləncələri (əyləncələr Parkı və ya gecə klubunda əldən düşənə qədər rəqs) harmonik şəkildə uzlaşdıra bilərsiniz. Bir sözlə, burada bütün qonaqların zövqü, arzuları və istəkləri nəzərə alınıb. Əminik ki, bütün görməli yerləri ziyarət etdikdən sonra "Quba Palace Hotel" -də istirahət Quba səfərindən qalan ən parlaq təəssüratınız olacaq. Biz ümidvarıq ki, Qubanın istənilən qonağı üçün bu otel istirahət etmək üçün ən uğurlu  seçimdir və Azərbaycanı ziyarətindən qalan ən unudulmaz təəssüratlarından biridir.

Azərbaycana gəlin!

 

Diqər xəbərlər

Bütün məqalələr