SPA

SPA Mərkəzi

SPA Mərkəzi

Müasir və yüksək keyfiyyətli xidmətlərini qədim Şərqin sehri ilə birləşdirən “Quba Palace” otelinin Spa mərkəzi rahatladıcı atmosferi ilə qonaqlara əvəzolunmaz tətil təəssüratları bəxş edir. 

Fenq Şui fəlsəfəsinə əsasən tikilən geniş ərazi və xidmət seçimi ilə “Quba Palace” SPA mərkəzi  Avropa masajı ilə müalicə və sınanmış Şərq terapiyalarını təklif edir. 

Spa mərkəzində Hind, Tay və Bali masajı mövcuddur. Qonağın xüsusi tələblərindən asılı olaraq, şəxsi müalicə proqramları da həyata keçirilir. Peşəkar terapevtlər klassik masaj, Ericson laboratoriya müayinələrinə və instrumental terapiya üsullarına əsaslanaraq bədənin problemli nahiyələrini müəyyən edirlər. Bundan əlavə, ənənəvi türk hamamı xidməti sayəsində siz özünüzü rahatlanmış hiss edəcək və dincələcəksiniz. 

Quba Palace otelinin bir parçası olan SPA kompleksi qonaqlarımıza yüksək və əvəzolunmaz istirahət, təbiətin qoynunda, ətraf mühitlə harmoniyada dincəlməyin üstünlüklərini bəxş edir. Burada açıq hovuz, türk hamamı, sauna, buxar otağı, istirahət zonaları, masaj otaqları, gözəllik salonu, fitnes zalı fəaliyyət göstərir.

Spa mərkəzi hər gün 09:00-23:30 arasında qonaqların istifadəsindədir.


Menyu