Otaqlar

"Family Suite" Otağı

"Family Suite" Otağı

Əsas binada yerləşir, sahəsi 78 m2-dir, 4 nəfərlikdir və 12 belə nömrə mövcuddur. İki yataq otağından ibarətdir: bir böyük ikinəfərlik və iki ədəd birnəfərlik. Bundan başqa, mebel dəsti ilə təmin olunmuş bir qonaq otağı da sizin ixtiyarınızdadır. 

Otaqlarda minibar, çay və qəhvə dəstgahı, LCD TV, WiFi, xalçalı döşəmə, ayrıca duş kabini, vanna otağı, fen mövcuddur.

Otaqların daxili tərtibatında isti rənglərdən istifadə edilib və bütün mebellər təbii taxtadan, yüksək keyfiyyətli materiallardan hazırlanıb. Qonaqlara fransız üslubunda qüsursuz yataq dəstləri, hamam xalatları təqdim edilir.