Otaqlar

Midiya Villası

Midiya Villası

Təbiət vurğunları üçün göl mənzərəsində yerləşən bu villa gözəl istirahət və yüksək zövq vəd edir. Ümumi sahəsi 445 kv m olmaqla 3 mərtəbədən ibarətdir. 

1-ci mərtəbəsində:  fitness, istirahət otağı, sauna, masaj otağı;

2-ci mərtəbəsində: 1 salon və 2 yataq otağı, mətbəx;

3-cü mərtəbəsində 1 yataq otağı yerləşir. Həmçinin villanın bütün yataq otaqları və salonunda hamam və ayaqyolu (birlikdə), 2-ci mərtəbəsində ayrıca ayaqyolu var. Villanın 3-cü mərtəbəsində otel binasına və dağ mənzərəsinə, 2-ci mərtəbəsində isə göl mənzərəsinə açılan eyvanlar xoş istirahətiniz üçün nəzərdə tutulub. Otaqlar xalça və parket ilə döşənib.

Burada soyuducu, minibar, çay və kofe dəstgahı, masaj otağı, sauna, şəxsi günəşləmə sahəsi, vanna otağı, fitnes otağı var