Otaqlar

Manna Villası

Manna Villası 

Göl mənzərəsinə açılan, ezackar təbii gözəlliklərin əhatəsində yerləşən villanın sahəsi 65 m2 təşkil edir və 2 mərtəbədən ibarətdir. 

Manna villa bir yataq otağı, bir qonaq otağı, bir mətbəx və böyük terrasdan ibarətdir. Birinci mərtəbədə salonda divan və 4 nəfərlik dairəvi masa, ikinci mərtəbədə ikinəfərlik rahat yataq otağı, hamam və ayaqyolu yerləşir. 

Otaqların daxili tərtibatında isti rənglərdən istifadə edilib və bütün mebellər təbii taxtadan, yüksək keyfiyyətli materiallardan hazırlanıb. Qonaqlara fransız üslubunda, qüsursuz yataq dəstləri, hamam xalatları və təbii tərkibli kosmetik vasitələr təqdim edilir.

Qonaqların istirahəti üçün şəxsi günəşlənmə sahəsi mövcuddur. Villada LCD TV, soyuducu, minibar, çay və qəhvə dəstgahı, seçilmiş kinofilmlərdən və uşaqlar üçün cizgi filmlərindən ibarət DVD pleyerlər də ixtiyarınızdadır.