Otaqlar

Göl Mənzərəli Deluxe Otaq

Göl Mənzərəli Deluxe Otaq

Əsas binada yerləşir və ümumilikdə 83 belə otaq mövcuddur. Ümumi sahəsi 37 m2-dir, iki nəfərlikdir. Bir yataq otağı var, qonaqlara bir ikinəfərlik və ya iki birnəfərlik yataq tipi seçimi təklif edilir. Otaqlar minibar, çay və qəhvə dəstgahı, LCD TV, WiFi, eyvan, xalçalı döşəmə, ayrıca duş kabini, vanna otağı, fen ilə təchiz olunub. 

Otaqların daxili tərtibatında isti rənglərdən istifadə edilib və bütün mebellər təbii taxtadan, yüksək keyfiyyətli materiallardan hazırlanıb. Qonaqlara fransız üslubunda qüsursuz yataq dəstləri, hamam xalatları və təbii tərkibli kosmetik vasitələr təqdim edilir.