Otaqlar

"Junior Suite" Otağı

"Junior Suite" Otağı

Əsas binada yerləşir, sahəsi 52 m2-dir və 16 belə nömrə mövcuddur. Bir yataq otağı və istirahət zonasından ibarətdir. Yataq otağında bir böyük ikinəfərlik yataq mövcuddur. Otaqlar minibar, çay və qəhvə dəstgahı, LCD TV, WiFi, xalçalı döşəmə, ayrı duş kabini, vanna otağı, fen ilə təchiz olunmuşdur. 

Otaqların daxili tərtibatında isti rənglərdən istifadə edilib və bütün mebellər təbii taxtadan, yüksək keyfiyyətli materiallardan hazırlanıb. Qonaqlara fransız üslubunda qüsursuz yataq dəstləri, hamam xalatları təqdim edilir.