Restoranlar və Barlar

"Le Coquet Seafood" Restoranı

Estet və qurmanlar üçün bayram!

"Le Coquet Seafood" Restoranı

Quba Palace Hotel qonaqlarına Le Coquet Seafood Restaurant poetik adlı lüks restoran təqdim etməkdən məmnunluq duyur.

Restoran otelin mərkəzində, süni göllərdən birinin sahilində yerləşdiyindən işıqlı yay terrasından açılan görünüş sadəcə fantastikdir. Ancaq siz hətta əsas zalda masa sifariş etsəniz belə, oranın panoramlı pəncərələri ətraf mənzərənin gözəlliyini gizlətməyəcək.

Restoranın interyeri həqiqətən çox dəbdəbəlidir və insanı təntənəli bir əhval-ruhiyyəyə kökləyir. Bura həm romantik görüş keçirmək, həm də əlamətdar hadisəni qeyd etmək üçün idealdır. Lakin, əgər siz həm estet, həm də qurmansınızsa, burada heç bir səbəb olmadan şam etmək bədən və ruhun gerçək bir bayramı olacaq.

Günbatan vaxtı günəş şüaları, gölün güzgütək səthindən əks olunaraq, otağı yüngülcə işıqlandırıb xüsusi bir ovqat yaradır. Orijinallıq burada hər şeydədir: ətrafı bürüyən romantikada, təmiz havada, təbiətin möhtəşəm mənzərəsində...

İsti mövsümdə burada, restoranın verandasında oturub istirahət etmək xüsusi bir zövq verir. Lakin qışda da, ətrafı bürüyən qar örtüyünü seyr etmək, dekor elementlərinin xüsusi bir rahatlıq yaradan, əsl krallara layiq restoranda olmaq heç də ondan az məmnunluq yaratmır.

 

Adından göründüyü kimi, restoran balıq restoranı kimi təqdim olunur, lakin menyuda təklif olunan yeməklərin çeşidi çox fərqlidir. Şorbalar və salatlar, isti balıq yeməkləri və dəniz məhsulları, izqara və sobada balıq, çoxsaylı çeşiddə içkilər və dadlı desertlər – hamısı çox gözəl, faydalı və balanslıdır. Düşünürük ki,  hətta müxtəlif pəhriz pərəstişkarları burada özünə uyğun bir şey tapacaq; axı, balığın faydaları haqqında ayrıca bir məqalə yazmaq olar. Qeyd edək ki, bu restoranda yeməklərin hazırlandığı bütün məhsullar, əlbəttə ki, təzə və ekoloji cəhətdən təmizdir. Bundan əlavə, əgər siz  Quba Palace Hotel-də balıqçılıqlaməşğul olaraq, özünüzü balıqçı qismində sınamısınızsa, restoran işçiləri indicə tutduğunuz balıqdan sizə tez bir zamanda yemək də hazırlayacaqlar!

Sizin səfərinizin əsl bayrama çevrilməsi üçün burada hər bir şərait var: gölün ətrafında yerləşmə, nəfis çeşidli şərab siyahısı, geniş menyu və əla xidmət.

Otelin digər restoranları kimi, Le Coquet Seafood Restaurant sonuncu sifarişə qədər açıqdır. Bundan əlavə, bayram günləri (və gecələri) burada xüsusi təmtəraqlı ziyafət və ya korporativ keçirə bilərsiniz.

Zövq, gözəllik və yüksək xidmətin birləşdiyi Qupa Palace Hotel-də sizi gözləyirik!